
Alçipan Gilan 10 ağ
KNAUF–gipskarton lövhə (GKL) düzbucaqlı formaya malik olmaqla arasında armaturlaşdırıcı əlavələrli gips xəmiri olan 2 qatlı xüsusi kartondan ibarətdir, özü də, xəttin yan kənarları kartonun kənarları (üz qatı) ilə bükülür. KNAUF-gipskarton lövhələr (GKL) müxtəlif kənar-haşiyələrlə istehsal olunur. Onlardan ən əsasları: Düz (DK), nazikləşdirilmış (NK), yarımdairəvi və üz tərəfdən nazikləşdirilmış (NYK). Özəyin hazırlanmasında DÜİST 125–79 üzrə Q4 markalı gips büzücülərindən istifadə olunur. KNAUF-gipskarton lövhənin (GKL) digər mühüm komponenti yapışdırıcı əlavələrdən istifadə olunmaqla özəyə bitişən üzlük kartondur. Karton həm möhkəmləndirici karkas rolunu oynayır, həm də istənilən bəzək-tamamlama materialının (suvaq, divar kağızları, boya, keramik plitə-lövhələr və b.) çəkmək üçün gözəl əsasdır. Özünün fiziki və gigiyenik xassələrinə görə karton yaşayış binaları üçün tamamilə uyğun gəlir. Divarların üzlənməsi, arakəsmələrin, asma tavanların quraşdırılması, eləcə də, dekorativ və səsuducu məmulatların hazırlanması üçün inşaat-tamamlama materialıdır. KNAUF-gipskarton lövhələr (GKL) DÜİST 6266-97–yə uyğun olaraq buraxılır və alman standartlarına (DIN 18 180) cavab verir. Üstünlükləri: Mexaniki stressə davamlılıq. Otaqda təkcə ekoloji təmizlik deyil, həm də insan üçün əlverişli mikroiqlim təmin olunur. Dünya standartlarına tam uyğundur.
Oxşar Materiallar (Kateqoriya üzrə)

Alçipan Gilan 12 ağ

Alçipan Gilan 12 yaşıl

Alçipan gilan 10 yaşıl
Eyni Brendin Digər Məhsulları

Alçipan Gilan 12 ağ

Knauf Əqrəb 10 sm (Orijinal birbaşa asqı)

Knauf Əqrəb 12 sm (Orijinal birbaşa asqı)

