
Giper FugaPlaster aralıq doldurma qarışığı (10 kq)
Materialın keyfiyyətini, istifadə imkanlarını, çatlamaya qarşı müqavimətini, səthin hamarlığını və elastikliyini artıran qatqılarla zəngin gips əsaslı qarışıqdır. İSTİFADƏ SAHƏLƏRİ Bu aralıq doldurma qarışığından: daxili məkanlarda gips-karton lövhələrin (alçıpan) birləşmə aralıqlarının doldurulmasında; gips əsaslı lövhə və plitələrin yapışdırılmasında; səthlərdəki çatların və qopuqların doldurulmasında istifadə olunur. ÜSTÜNLÜKLƏRİ tərkibindəki xüsusi kimyəvi qatqılar gips-karton lövhələr və digər gips əsaslı səthlər tərəfindən suyun vaxtından əvvəl sorulmasının qarşısını almaqla elastiklik yaradır; səthdə büzülmələr və çatlar yaratmır; yüksək səviyyədə istiliyi və səsi izolyasiya edir; aralıqların doldurulmasında yanğına davamlı lent və liflərdən istifadə edildiyindən aralıq doldurma qarışığının müqaviməti və yanğına dözümlülüyü daha da artır; rahat çəkildiyi üçün ustanı yormur; solmaya qarşı davamlıdır, elastikdir; hamar və parlaq səth yaradır.
Oxşar Materiallar (Kateqoriya üzrə)

Nur gips 20 kq

Nur pudra gips 30 kq

