(+994) 77 734 54 44
Ülvi İnşaat Logo
ÜLVİ İNŞAAT

Xidmət şərtləri

Sifariş

Sifarişi saytdan qeydiyyatsız (qonaq kimi) və ya hesabınızla verə bilərsiniz. Sifarişdən sonra sizə zəng edib məhsulların mövcudluğunu və çatdırılma qiymətini dəqiqləşdiririk.

Qiymət

Qiymətlər manatla (₼) göstərilir. Çatdırılma haqqı məhsulun qiymətinə daxil deyil. Topdan alana xüsusi qiymət telefonla razılaşdırılır.

Ödəniş

Ödəniş yalnız nağd qəbul olunur, məhsulu təhvil alanda edilir.

Çatdırılma

Ərazi: Sumqayıt, Corat, H.Z. Tağıyev qəsəbəsi, Saray, Novxanı. Müddət 2–48 saatdır, dəqiq vaxt sizinlə razılaşdırılır. Çatdırılma ödənişlidir, qiyməti yükün həcminə və ünvana görə telefonla razılaşdırılır. Məhsul “Sifariş qəbzi” ilə təhvil verilir.

Geri qaytarma

  • Təhvil alanda: sifarişə uyğun olmayan və ya qüsurlu məhsulu dərhal geri qaytara bilərsiniz. Məhsul mağazaya geri aparılır, ödənilmiş məbləğ nağd qaytarılır.
  • 14 gün ərzində: məhsulu bütün aksesuarları, “Sifariş qəbzi” və orijinal qablaşdırması ilə Sumqayıt şəhəri, Çerkassi küçəsi, 49-cu məhəllə ünvanındakı mağazamıza gətirin. Məhsul yerində yoxlanılır, istəyinizə görə dəyişdirilir və ya pulu qaytarılır. Pul mağazanın kassasında nağd ödənilir.
  • Geri qaytarılmır: kəsilərək və ya xüsusi sifarişlə verilən məhsullar, montaj edilmiş məhsullar.

Əlaqə

Telefon/WhatsApp: (+994) 77 734 54 44 · E-poçt: [email protected] · Hər gün 08:00–20:00.